4 gün əvvəl sosial şəbəkədə azərbaycanlı bəylə gəlinin kilsədə şəkil çəkdirməsi diqqətləri çəkdi.
Qaynarinfo prosport.az-a istinadən xəbər verir ki, voleybol üzrə millimizin oyunçusu Pərviz Səmədov dekabrın 22-də Aydan Rzayeva adlı xanımla ailə həyatı qurdu. Onların katolik kilsəsində çəkdirdiyi şəkil ailə həyatı quranlardan hansınınsa xristian dininə mənsub olmasına dair ehtimalları ortaya çıxardı.
Həmin şəkildə yer alanlardan biri də voleybol millimizin meneceri İlqar İmamquliyevdir. O, "Prosport"a açıqlamasında bunu belə əsaslandırdı: "Nə bəy, nə də gəlin xristian deyil. Sadəcə sırf şəkil çəkdirmək üçün və gözəl görünür deyə ora getmişdik. Bizdən başqa kimsə yox idi. Yəni, kiminsə ibadətinə mane olmadıq".
Qeyd edək ki, 2 gün əvvəl də voleybol millimizin digər üzvləri - Elmin Alışanovla Şəfaqət Həbibova ailə həyatı qurublar.
Şərhlər