ABŞ-ın Texas ştatında yerləşən Vilson bölgəsində kilsəyə silahlı hücum təşkil edilib.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, dini ayin zamanı edilən hücum nəticəsində 26 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Ölənlərin yaşı 5 və 72 arasındadır. Hücumun səbəbi bilinməsə də, 26 yaşlı Devin Patrik Kelli tərəfindən törədildiyi barədə məlumat verilib.
Cinayətkarın 400 nəfərin yaşadığı qəsəbədən olmadığı qeyd edilir. Hücumdan sonra nəqliyyat vasitəsinə minərək hadisə yerini tərk edən Devin Kelli maşınla qəza törədib və o avtomobildə güllələnmiş vəziyyətdə tapılıb. Onun ödürülməsi və ya intihar etməsi faktı hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, Devin Kelli Patrik 2014-cü ildə həyat yoldaşı və uşağına hücum etdiyinə görə həbs edilib.
Cinayət hadisəsi ölkədə kilsəyə edilmiş ən böyük hücum hesab edilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər