Çinin paytaxtı Pekinə gedən qatarda Şimali Koreya lideri Kim Çen İnın olduğu iddia edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Pekində çəkilən fotolarda stansiyaya girən qatar və motosikletli polislər diqqət çəkir. Çin polisi turisləri Tiananmen Meydanından çıxarıb. Belə bir addım Böyük Xalq Salonunda yüksək səviyyəli görüş keçirilən zaman atılır.
2011-ci ildən bəri ölkəni idarə edən Kim Çen İn bu günə qədər digər ölkəyə səfər etməyib. Məsələ ilə bağlı Çindən heç bir açıqlama gəlməyib.
Gülşən
Şərhlər