Dünya 17:05 08.09.2018

Kim Çen In Rusiyaya gedəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edəcək.

Qaynarinfo xəbər verir ki, məlumat Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən elan edilib. Səfər bu ilin sonuna qədər baş tutacaq.

Qeyd edək ki, Kim Çen In bu il ərzində Çin, Cənubi Koreya, ABŞ liderləri ilə görüş keçirib.

Gülşən