Xəbər lenti

Kimya zavodu partladı: 5 nəfər ölü
Dünya 21:15 06.08.2013

Kimya zavodu partladı: 5 nəfər ölü

9 nəfər yaralı isə yanıqdan və ammonyak tullantılarından zəhərlənmədən əziyyət çəkirlər.

Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində "Stirol" kimya konsernində baş vermiş qəza nəticəsində beş nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Donetsk vilayətinin icra hakimiyyətinin yaydığı press-relizədə bildirilir ki, qəzadan zərər çəkmişlər reanimasiyadadır. "Onlar yanıqdan və ammonyak tullantılarından zəhərlənmədən əziyyət çəkirlər",- deyə məlumatda bildirilir. Qəza zavodun əsaslı təmiri zamanı baş verib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->