Kişi gimnastımız Macarıstanda qızıl medal qazandı

Kişi gimnastımız Macarıstanda qızıl medal qazandı

Kişi idman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Nikita Simonov Macarıstanda qızıl medal qazanıb.

Qaynarinfo Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Sombatxey şəhərində təşkil edilmiş Qran-Pri yarışlarının final mərhələsində N.Simonov halqalar üzərində hərəkətlərdə hakimlərdən 14,500 xal alaraq, fəxri kürsünün ilk pilləsinə yüksəlib.

İlk üçlükdə Avstriya və İsrail gimnastları qərarlaşıblar.

Yarışda iştirak etmiş digər gimnastımız Cavidan Babayev isə təəssüf ki, final mərhələsinə çıxa bilməyib.
XƏBƏRLƏR
BLOGLAR
X