Sənət 17:35 20.11.2014

Kitab oxuyanlara şad xəbər

Gənc aktivist Aygül Pəncəliyevanın kitabı dərc edilib. 

Qaynar.info-nun məlumatına görə, "Modernizm, İnsan hüquqları və Demokratiya haqqında xülasə" adlı kitab müəllifin ilk kitabıdır. Kitab  üç fərqli vəsaitin - Robert Dahlın “Demokratiya Haqqında”, Anadolu Universitetinin dərslik olaraq hazırladığı “Modern Cəmiyyətlər”, həmçinin, “İnsan Hüquqları və Azadlıqları” kitablarının xülasəsi əsasında hazırlanıb. 

Kitab sosial və siyasi elmlər üzrə təhsil alan tələbələr, müəllimlər, tədqiqatçılar, ictimai-siyasi fəallar və mövzu ilə maraqlanan insanlar üçün tövsiyə edilir.  Qeyd edək ki, Aygül Pəncəliyeva 1988-ci ildə Quba rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində bakalavr, daha sonra isə magistratura təhsili alıb. 

Kitabı şəhərin kitab dükanlarından əldə edə bilərsiniz.

Xatırladaq ki, noyabrın 23-də “Yeraltından kitablar” adlı “bookcafe”də kitabının təqdimat mərasimi olacaq. Təqdimatda müəllif kitab haqqında məlumat verəcək, kitabdakı müxtəlif fikirlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ünvan: Tolstoy küç, 153 (Nizami küçəsi, İSR Plazanın arxası).

https://www.facebook.com/events/311529499051719/?notif_t=plan_user_joined

Elkin Xəlilov

Qaynar.info