Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ürəyində yaranan narahatlıq səbəbindən Mərkəzi Klinikaya yerləşdirilib.
Xəstəxananın baş həkimi Kamran Musayev Qaynarinfo-ya açıqlamasında onun vəziyyətinin ağır stabil olaraq qaldığını bildirib:
"Vəziyyəti ağır stabildir. Yaxın zamanda evə buraxılması gözlənilmir. Hələ burdadır".
Qeyd edək ki, şənbə günü İsa Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib. Həkim ona ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər Mərkəzi Klinikada müalicə olunur.
Çingiz Səfərli
Şərhlər