Klinton Baydenin andiçmə mərasimində yuxuya getdi (VİDEO)

Klinton Baydenin andiçmə mərasimində yuxuya getdi (VİDEO)

Yeni prezident Co Baydenin andiçmə nitqi zamanı ABŞ-ın keçmiş lideri, 74 yaşlı Bill Klintonu yuxu tutub.
 
Qaynarinfo xəbər verir ki, bu məqam videokameralar tərəfindən qeydə alınıb.

"New York Post” vəziyyəti şərh edərək, 42-ci prezidentin dəqiq yatdığını bildirib.

Klinton 20 yanvar mərasiminə həyat yoldaşı, keçmiş dövlət katibi və 2016-cı ildə prezidentliyə namizəd Hillari Klintonla qatılıb. Keçmiş prezidentlərdən Barak Obama və Corc Buş da andiçmə mərasiminə qatılıb, onları da həyat yoldaşları - keçmiş birinci xanımlar müşayiət edib.

Tramp isə andiçmə mərasimindən əvvəl Ağ Evdən ayrılıb və Floridaya uçub.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR