ABŞ-ın Florida ştatında banklardan bizini soymaq üçün qazılmış tunel aşkarlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə insanlar yolun çökdüyünü zənn edib, rəsmi dairələrə məlumat veriblər. Lakin əraziyə baxış keçirilən zaman çökmən yerin banka doğru uzanan diametri 90 sm, uzunluğu isə 50 metr olan tunel olduğu ortaya çıxıb.
Tunelin yaxınlığında torpağı daşımaq üçün istifadə olunan kiçik vaqon, bir ədəd də traktor tapılıb.
Federal Təhlükəsizlik Bürosunun rəsmiləri hadisəni soyğuna cəhd kimi dəyərləndirdiklərini bildiriblər.
Hadisə ilə bağlı hələlik saxlanılan olmayıb, amma qurum bu barədə məlumatı olan şəxslərdən əlaqəyə keçmələrini istəyib.
Şərhlər