Xəbər lenti

Foto 15:23 28.12.2017

Könüllülər alpinistlərin axtarışında (FOTOLAR)

"Hazırda itən dağçıları 3 qrup axtarır”. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb. 

O bildirib ki, axtarış tədbirləri ilə əlaqədar olaraq bu gün Şahyaylaqda qərargah qurulub:

"Axtarışa FHN-nin xüsusi xilasetmə qrupu da qoşulub. 3 qrup - alpinistlər, FHN-nin xüsusi xilasetmə dəstəsi və Xınalıqlı bir qrup onları axtarır. Bundan başqa, köməkçi dəstə ilə qərargah məntəqəsində axtarışların gedişatı izlənilir. Hava şəraiti yaxşıdır. Yüngül külək var”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?