Foto 15:51 10.04.2019

“Kobra” Pərviz növbəti döyüşünə çıxacaq

Türkiyədə "Vendetta Fights” peşəkar kikboksinq turniri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, ölkəmizi bu turnirdə peşəkar kikboksinq üzrə  6 qat dünya çempionu, əməkdar idman ustası, "Qəbələ” İdman Klubunun təmsilçisi , Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Pərviz Abdullayev təmsil edəcək.

"Kobra” ləqəbi ilə tanınan idmançı 77 kq çəki dərəcəsində mübarizə aparacaq.

Onun rəqibi Almaniyadan olan idmançı Şkodaran Veseli olacaq. Qarşılaşma aprelin 13-də ,21:00-da baş tutacaq.
 
Qeyd edək ki, Pərviz Abdullayev 54 görüş keçirib. İdmançımız 23-ü nokautla olmaqla, 47 qələbə qazanıb.