Koçaryan: “Zəngəzuru yalnız Rusiyanın himayəsində olduğumuz üçün itirmədik” (VİDEO)
Robert Koçaryan parlament seçkilərinə qatılacaq.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, o bu barədə ötən gün verdiyi güniş müsahibə zamanı söyləyib.
"Əgər növbədənkənar seçkilər keçirilsə, iştirak etməyimiz düzgün olar. Seçkilərdə komandamla iştirak edəcəm və qalib gələcəm”-deyə Koçaryan söyləyib.
O, Ermənistan dövlətçiliyindən əsər-əlamət qalmadığını da deyib.
"Rusiya süklhməramlıları azərbaycanlılar və ermənilər arasında toqquşmaların qarşısını almaq üçün gəlmişdilər. Bu gün onlar təkcə bu funksiyanı deyil, həm də Qarabağın təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu o deməkdir ki, bizim dövlət çiliyimizin təkcə qalıqları qalıb”.
Eks-prezident Zəngəzur barədə də danışıb.
"Zəngəzuru yalnız Rusiyanın himayəsi altında olduğumuz üçün itirmədik. Amma bu həmişə belə deyildi. 90-cı illərdə erməni ordusu regionda ən yüksəsk döyüş qabiliyyətinə malik ordu idi və Moskva ilə müttəfiqlik səviyyəsində idik. Amma bu gün o qədər zəifləmişik ki, istənilən qonşu ölkə bizi işğal edə bilər”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər