Xəbər lenti

Kollec məzunları nə vaxt ixtisas seçəcək?
Ölkə 20:32 23.05.2019

Kollec məzunları nə vaxt ixtisas seçəcək?

Kollec məzunları qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra seçim edə biləcəklər. Bu barədə "Qafqazinfo”ya məlumatı təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, qanunun 3.5-ci maddəsinə uyğun olaraq, subbakalavr məzunları ancaq boş qalan plan yerlərini seçmək imkanına malik olcaqlar:

"Bu o deməkdir ki, I, II,III və IV qruplar üzrə  ixtisas seçimi 24 iyul - 6 avqustda keçiriləcək və nəticələr 8 avqustda açıqlanacaq. Ondan sonra 15 - 19 avqustda boş qalan yerlərə ixtisas seçimi olacaq və onun nəticəsi 21 avqustda açıqlanacaq. Yalnız bundan sonra yerdən qalan plan yerlərinə kollec məzunları ixtisas seçimi edib qəbul ola biləcəklər. Yəni kollec məzunlarının ali məktəblərə qəbulu avqust ayında baş tutacaq. Amma ona qədər onların elektron ərizə qəbulu, ixtisas uyğunlaşması prosesi həyata keçiriləcək. 

Kollec məzunları elektron ərizələrində 15-ə qədər ixtisas seçə biləcəklər və müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdiriləcəklər.

K. Əsədov onu da bildirib ki, kolleci fərqlənmə diploma ilə bitirənlər 250 bal toplamış olacaqlar. Amma kolleci digər qiymətlərlə bitirənlər isə ümumi orta müvəffəqiyyət göstəricisinə  (ÜOMG) uyğun olaraq 200-249-bala qədər qiymətləndiriləcəklər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->