Komadan çıxan Navalnı ilk görüntüsünü paylaşdı (FOTO)

Komadan çıxan Navalnı ilk görüntüsünü paylaşdı (FOTO)

Müxalif siyasətçi Aleksey Navalnı zəhərləndikdən və Almaniyanın Charite klinikasında xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə sosial şəbəkələrdə görünüb.

Qaynarinfo xəbər verir ki, siyasətçi öz İnstaqram hesabında ailə üzvlərinin əhatəsində xəstəxana palatasından bir foto yayımlayıb. O, üzdən çox taqətsiz görünsə də, səhhətinin yaxşılaşdığını bildirib.

Navalnı dünən ilk dəfə süni tənəffüsün köməyi olmadan - öz-özünə nəfəs ala bildiyini qeyd edib. Bundan əlavə, fiziki gücü hələ tam bərpa olunmasa da, yataqdan qalxmağı bacarır.

"Salam, yazan Navalnı özüdür. Sizin üçün darıxıram. Hələ demək olar, bir şey edə bilmirəm, amma dünən bütün gün təkbaşına nəfəs ala bildim. Ancaq öz hesabıma. Heç bir kənar yardımdan, hətta boğazımdakı ən sadə krandan istifadə etmədim. Bu, çox xoşuma gəldi. İnanılmaz, çoxlarının qiymətləndirə bilmədiyi prosesdir. Tövsiyə edirəm”, - siyasətçi yazıb.

Komadan çıxdıqdan qısa müddət sonra Navalnı özünə gələn kimi Rusiyaya dönməyi və "missiyasına davam etməyi" planlaşdırdığını bildirib. Bu barədə "New York Times” yazıb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR