Xəbər lenti

Kondisioner olmadan istidə necə yatmaq lazımdır? - Mütəxəssis
Sağlamlıq 12:30 14.07.2020

Kondisioner olmadan istidə necə yatmaq lazımdır? - Mütəxəssis

Yay vaxtı gecə istilərə dözə bilməyənlər üçün əsl imtahana çevrilir. 

Qaynarinfo "Zvezda"ya istinadla xəbər verir ki, Rusiya Somnoloqlar Cəmiyyətinin üzvü, həkim Alyona Maksimova yataq otağında kondisioneri olmayanlara bəzi məsləhətlər verib.

O, yataq otağında gecə pəncərəni açarkən otağa nəmləndirici və ya ən azı bir tas su qoymağı, ancaq pərdələri bağlamağı tövsiyə edib.

Mütəxəssis təbii parçalardan və ya pambıqdan hazırlanmış mələfə və ya yataq örtüklərindən istifadə edərək ədyalla örtünməməyi xahiş edib. Sintetikadan qaçmaq daha yaxşıdır, çünki bu, dərinin nəfəs almasına imkan vermir.

Ancaq həkim qeyd edir ki, kondisioner quraşdırmaq mümkündürsə, istifadə etmək yaxşıdır.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->