Xəbər lenti

Konfrans Liqası:
İdman 22:58 14.08.2025

Konfrans Liqası: "Araz-Naxçıvan" 2 oyunda 9 qol buraxdı

"Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.

Qaynarinfo-nun məlumatına görə, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə "Omoniya” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.

Beləliklə, Bakıdakı ilk görüşdə də 0:4 hesabı ilə uduzan "Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

14 avqust
Omoniya (Cənubi Kipr) - Araz-Naxçıvan (Azərbaycan) 5:0
Qollar: Villi Semedu, 9. Stefan Yovetiç, 23. Evandro, 30; 45+4. Mateuş Musialovski, 79.
Omoniya: 40. Fabiano, 21. İoannis Masuras, 5. Senu Kulibali, 30. Nikolas Panaqiotu, 3. Fotias Kitsos, 11. Evandro, 31. İoannis Kussulos (k), 6. Karel Eytinq, 75. İaizos Laizu, 7. Villi Semedu, 8. Stefan Yovetiç.
Ehtiyat oyunçular: 23. Françis Uzoho (q), 98. Çaralampos Kiriakidis (q), 2. Alpa Diounkou, 9. Mariuş Stepinski, 10. Anastasios Çatzigiovanis, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Novika Erakoviç, 85. Angelos Neofitu, 90. Kristos Konstantinidis, 14. Mateo Mariç.
Baş məşqçi: Henninq Berq.
Araz-Naxçıvan: 12. Kristiaan Avram, 77. Bruno Aleksandre, 44. Rahil Məmmədov, 17. İssuf Paro, 26. Ömər Buludov, 29. Vanderson (k), 23. Nuno Rodriqes, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli (q), 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İskəndərov, 19. Bar Kohen, 34. Ürfan Abbasov, 70. Çarles Boli.
Baş məşqçi: Elmar Baxşıyev.
Baş hakim: Yakob Kehlet (Danimarka).
Nikosiya. GSP stadionu.
İlk oyun - 4:0.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->