Polşa öz müasir tarixində ən böyük ordu yenidən təchizatı proqramını həyata keçirir. Silah alımlarına olan xərclər elə böyükdür ki, bu artıq Polşa dövlətinin maliyyə vəziyyəti ilə bağlı narahatlıq doğurur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Defense Express" yazıb.
Belə ki, Polşa Müdafiə Nazirliyi 1000 Cənubi Koreya istehsalı K2 tankı, yüzlərlə Amerikan "Abrams" tankı, 500 HIMARS reaktiv sistemi və bir neçə yüz Koreya istehsalı "K239 Chunmoo" reaktiv atəş sistemlərinin alınması üzrə müqavilələr imzalayıb. Bu siyahıya hələ yüz ədəd "Apache" zərbə helikopteri, onlarla F-35 qırıcı təyyarəsi, əlavə "Patriot" zenit-raket kompleksləri və digər silahlar daxil deyil. Bütün bunlar hətta Polşa kimi inkişaf etmiş iqtisadiyyat üçün belə baha başa gəlir.
Ölkənin keçmiş müdafiə naziri Mariuş Blaşçak (o, yenidən təchizat proqramının əsas təşəbbüskarıdır) indi bütöv Polşa Müdafiə Nazirliyinin iflas elan etmə təhlükəsi barədə xəbərdarlıq edir. Onun sözlərinə görə, 3-4 il ərzində nazirlik artıq müqavilə bağlanmış hərbi texnika tədarükünün ödənişlərini həyata keçirə bilməyəcək. Müdafiə və Maliyyə nazirlikləri arasındakı daxili yazışmalar da buna işarə edir.
Lakin "Defense Express" bu xəbərdarlıqların Polşada seçki kampaniyaları başa çatsa belə davam edən siyasi mübarizə kontekstində başa düşülməsini məsləhət görür. Hazırda Blaşçak hakim hökumətə qarşı müxalifətdə olan Hüquq və Ədalət Partiyasını təmsil edir.
Ekspertlər isə qeyd edir ki, bu alımların maliyyələşdirilməsi həqiqətən də Varşava üçün ağır yükə çevrilir. Polşa Koreya silahlarını kreditlə alır və plana əsasən, artıq 2027-ci ildə bu kreditlər üzrə ödənişlər üçün təxminən 80 milyard dollar ayrılmalıdır.
"Eyni zamanda, elə görünür ki, Varşavada yaxşı başa düşürlər: Rusiya tərəfdən gələn təhlükə nəzərə alınaraq, borcda olmaq, lakin silahlı olmaq, pulu olmaqdan lakin silahsız olmaqdan daha yaxşıdır", deyə "Defense Express"də əlavə edilir.
Aydın
Şərhlər