"Zirə” məşqçi Eltun Yaqublu ilə yollarını ayırıb.
Qaynarinfo klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Eltun Yaqublu 2020-ci ildən Rəşad Sadıqovun köməkçisi vəzifəsində çalışırdı.
Şərhlər