Konstitusiya Məhkəməsi seçkinin nəticəsiylə bağlı dəyişiklik edəcəkmi?

Konstitusiya Məhkəməsi seçkinin nəticəsiylə bağlı dəyişiklik edəcəkmi?

"Açığı Konstitusiya Məhkəməsindən hər hansı dəyişiklik gözləmirəm”.

Bunu Qaynarinfo-ya Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsinə göndərilməsindən danışarkən deyib. 

O bildirib ki, Konstitusiya Məhkəməsi sənədlərin araşdırılması üçün təyin edilən vaxtı daha 10 gün artıra bilər:

"Münəccim olmaq istəməzdim. Hansı dairələr ləvg oluna bilər, hansılar yox, buna Konstitusiya Məhkəməsi qərar verəcək. Mövcud qanunvericilyə görə, artıq Mərkəzi Seçki komissiyası tərəfindən seçkinin nəticələri Konstitusiya Məhkəməsinə təqdim olunub. Konstitusiya Məhkəməsi seçkinin nəticələrini 10 gün ərzində yoxlayıb qərar qəbul edəcək. Əlbəttə ki, Konstitusiya Məhkəməsi bu vaxtı daha 10 gün uzada bilər. Amma nəzərə alsaq ki, Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasından gələn sənədləri ümumi qaydada yoxlayır. Seçilən namizədlər və namizədliyi irəli sürülən şəxsləri hansısa yeniliyin gözləməsinə inanmıram”.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR