Xəbər lenti

Konstitusiyamız 27 yaşında: Əsas qanunda dəyişikliklərə ehtiyac varmı? - RƏYLƏR
Siyasət 14:59 12.11.2022

Konstitusiyamız 27 yaşında: Əsas qanunda dəyişikliklərə ehtiyac varmı? - RƏYLƏR

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya 1995-ci il noyabrın 12-də qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü əsas qanunudur. 

Son illər Azərbaycanda bir çox sahələrdə islahat aparılıb. Bəzi qanunlarda dəyişikliklər edilib. Əsas qanun isə toxunulmaz qalıb. Bəs Konstitusiyada dəyişikliklər etməyə ehtiyac varmı? 

Qaynarinfo məsələ ilə bağlı Konstitusiya hüququ üzrə tanınmış ekspertlərin rəyini öyrənib.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Konistitsiyanın qəbulundan keçən dövrdə əsas qanunda nəzərdə tutulmuş bir sıra müddəlar var ki, onlar ümumi demokratik xarakter daşıyır:



"Həmin müddəalar Azərbaycanda dövlət hakimiyyətinin yenidən təşkili, siyasi-hüquqi dəyişiklər üçün kifayyət qədər əsaslı oldu. Hazırda Konistitusiyanın müddəları əslində formal baxımından dünya ölkələrinin Konistitusiyalarına çox yaxındır. Əsas problem Konistitusiyanın icra mexanizminin zəif olmasındadır. Yəni, Əsas Qanunun bir çox müddəaları mövcuddur ki, onların icra mexanizmi faktiki olaraq yoxdur. Konistitusiyada dövlətin üzərinə götürdüyü öhdəliklər var. Hər kəsin firavanlığının, insan hüquqlarının təmin olunması, demokratik dövlət quruluşuna təminat verilməsi və s. Bunlar dövlətin öhdəlikləridir və onların heç də hamısı yerinə yetirilməyib. Ona görə də Konistitusyanın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, hakimiyyətin yenidən təşkil olunmasında rolu qeyd olunmalıdır".

Qulamhüseyn Əlibəyli zamanın tələbi kimi Konistitusiya da dəyişikliklərin vacib olduğunu bildirib:

"Əvvəlki dəyişikliklərin bəziləri pozitiv xarakter daşısa da, müəyyən qədər demokratik prinsiplərə uyğun gəlməyən dəyişikliklər də var. Məsələn, seçki sistemi ilə bağlı olan dəyişiklilkər və s. Hesab edirəm ki, Konistitusiyanın bəzi müddəalarına dəyişiklik edilməlidir. Xüsusən hakimiyyətin bölünməsi və təşkili ilə bağlı”. 

"Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov isə hesab edir ki, hazırkı Konistitusiya sivil dövlətlərin nümumələrinə uyğun şəkildə qəbul edilib:



"Xüsusən də insan hüquq və azadlıqları bu sənəddə geniş şəkildə əksini tapıb. Eyni zamanda, qabaqcıl və inkişaf etmiş ölkələrin təcrübələrinə uyğun olan normal bir Konistitusiya qəbul edilib. Demokratik-hüquqi dövlət üçün zəruru olan əsas məsələlər demək olar ki, qanunda mövcuddur. 

İlk baxışdan Konistitusiya normal idi və ölkənin gələcək inkişafı üçün çox böyük imkanlar açırdı. Sadəcə, sonrakı dövrdə orada əks olunan hüquq və azadlıqlar əksər hallarda icra edilmirdi. Xüsusi ilə bu özünü vətəndaşların demokratik azadlıqlarının həyata keçirilməsində göstərirdi. Əlbəttə ki, ilk illərdə insanlar hüquqlarından istifadə edə bilirdi. Ölkədə yerli idarəetmədə müəyyən bir təcrübə oldu və və insanların etimadını qazandı. Bundan başqa qeyri-hökümət təşkilatlarının formalaşması və inkişafı da diqqət çəkdi, media xeyli sayda inkişaf etdi. Amma çox təəssüf ki, bütün proseslər uzun çəkmədi və müəyyən vaxtdan sonra Konistitusiyada olan bu halların geriyə dönüşü başladı. Təsdiq edilən hüquq və azadlıqlar, qabaqcıl prinsiplərdən geriyə çəkilmələrə başlanıldı. Xüsusi ilə insan hüquq və azadlıqları məhdudlaşdırıldı. Bu, eyni zamanda özünü həm qanunvericilik müstəvisində, həm də praktiki müstəvidə tapdı. Bunun fəsadları da bizə bəllidir”. 

Mirəli Hüseynov hesab edir ki, Konistitsiyada əks olunan seçki institutu sıradan çıxarılıb:

"Seçki institutu böyük şəkildə zədə aldı. Demokratiyanın təməlni bu amil təşkil edirdi. Ölkə qarşıya qoyulan hədəflərə nail ola bilmədi. Mən indiki zəmanda yeni Konistitusiyanın qəbuluna ehtiyac duymuram. Konistitusiyanın qəbul edilməsi kimi onun icrası da əhəmiyyətlidir. Əgər onun icrası üçün iradə və hüquqi mühit, imklanlar yoxdursa, biz yeni Konistitusiya qəbul etsək belə, vəziyyət dəyişməyəcək. Bütün məsuliyyət bizim vətəndaşların üzərinə düşür. İnsanlar öz yerini və rolunu dərk etməyənə qədər hansı Konistitusiyanın olması bir o qədər də əhəmiyyət kəsb etməyəcək”. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Konistitusiya istəlinən dövlətin ana qanunudur:



"Dövlətin quruluşu, mövcudluğu, sərhədlərin dəyişməsi, idarəetmə forması, vətəndaşların hüquq və azadlıqları, əsas prinsiplər Konistitusiyada öz əksini tapır. Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən bir müddət ölkə daxilildəki qeyri-sabitlik yeni qanunun qəbuluna imkan vermirdi. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1994-cü ilin əvvəlində yaradılan Konistitusiya komissiyanın hazırladığı layihə 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilib. Bununla da Azərbaycan müstəqil dövlətçiliyin hüququ əsaslarını qurdu. 

Ötən müddət ərzində Konistitusiya müstəqilliyimizim möhkəmlənməsində böyük rol oynadı. Əsas qanuna edilən düzəliş və əlavələr isə Konistitsiyanı daha da möhkəmləndirdi, lakin baza prinsipləri dəyişmədi. Dəyişikliklər isə ilk növbədə Azərbaycan cəmiyyətinin inkişafının yeni mərhələsinin tələbləri ilə bağlı olan məsələdir”. 

Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan Konistitusiyası bu gün dövlətçiliyin əsas qanadlarından biridir:

"Vətəndaşların hüquq və azadlıqlarını qoruyan qanundur. Hazırda hər hansı bir dəyişikliyə ehtiyac görmürəm. Bütün məqamlar nəzərə alınıb, vətəndaşların beynəlxalq məhkəməyə müraciət etmək hüququ, demokratiya, mətbuat azadlığı Konistitsiya ilə qorunur”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->