Xəbər lenti

Kontentdə Müxtəliflik
Anar Askerov
Ekonomiks 10:29 17.06.2019

Kontentdə Müxtəliflik

Xidmətlərimiz və ya özümüz  kiməsə lazım olduqda onlar bizi axtarır. Axtarış əsasən Google və ya birbaşa sosial şəbəkələr üzərindən aparılır. Axtarılarkən ortaya çıxan məlumatlar onlayn reputasiyamızı qiymətləndirmək üçün ölçülür və bu nəticələr seçimə təsir edir.

Axtarılarkən düzgün görünmək üçün ortaya çıxan kontentin 4 tipi barədə keçən yazılarımdan birində qeyd etmişdim:  Uyğunluq, həcm, qarışıqlıq və müxtəliflik.

Barəmizdə çıxan nəticələr brend profilmizə uyğun olmalı, kontentin həcmi az, tərkibi isə qarışıq  olmamamalıdır.  Bu yazımda kontentin 4-cü tipi yəni müxtəlifliyi barədə qeydlərimi paylaşmaq istəyirəm.

Axtarılarkən haqqımızda çıxan kontentin tərkibinin müxtəlif olması ən vacib amillərdəndir. Müxtəliflik dedikdə burada bizə aid nəticələrin tərkibinin kontentin hansı növlərindən ibarət olmasını nəzərdə tuturam.

Kontentin əsas növlərinə mətn, foto, video, audio və vizual aiddir. Məlumdur ki, onlayn reputasiyamızı inkişaf etdirmək üçün biz planlı şəkildə kontent yaratmalı oluruq. Bunun üçün qeyd etdiyim növlərdən birini seçib fəaliyyətə başlayırıq.

Təcrübə onu göstərir ki, kontent yaradarkən biz istehsalı daha rahat başa gələnini seçirik. Misal üçün bloq yazmaq. Bloq yazmaq bizə rahatdırsa, yalnız onun üzərində çalışırıq, vaxt tapıb sahəmizə uyğun mövzuları araşdırıb təcrübəmizi paylaşır, nəticədə çoxlu mətn istehsal edirik.

Bu prosesdə axtarış platformalarında sadəcə bizə aid mətn nəticələrinə təsir etmiş oluruq və digər növlərdə pozisiyamız zəif olur.

Bu misalda əsasən özümü nəzərdə tuturam. Axtarış nəticələrimi müxtəlifləşdirmək üçün yaxın vaxtlarda bloq yazılarımla paralel video və podcast kontent də istehsal etməyə çalıçacağam. Aşağıdakı fotoda da bu aydın şəkildə görsənir.
 


Deməli axtarılarkən tapılmaq kifayət deyil. Çünki axtaran insanların hər birinin üstünlük verdiyi kontent növü var. Kimisi araşdırarkən oxumağı, kimisə oxumağa vaxt itirməyib axtardığı məlumatı video formasında qəbul etməyi xoşlayır. Kimisi isə axtardığı şəxs barəsində təəssüratı fotolardan almağa çalışır. Onlayn reputasiyanı düzgün formalaşdırmaq üçün qeyd etdiyim kontent növlərini paralel olaraq planlı şəkildə profilinizə uyğun formada mütəmadı istehsal edin. Əgər vaxtınız yoxdursa bu işi peşəkarlara etibar edin.
 
Anar Askerov
PR mütəxəssisi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->