Xəbər lenti

Ölkə 21:57 03.11.2017

"Kor Hüseyn" ləqəbli "qanuni oğru tutuldu

Çeçenistanın paytaxtı Qroznı şəhərində "Kor Hüseyn" ləqəbli "qanuni oğru" Hüseyn Əhmədov həbs edilib. 

"Qaynarinfo" Lent.az-a istinadən xəbər verir ki, onun üzərindən xeyli miqdarda narkotik götürülüb.
 
"Kor Hüseyn" mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.
 
"Kor Hüseyn" bu ilin iyul ayında yenidən İstanbula qayıdıb və "Sabirabadlı Hikmət"in qardaşı oğlu Məmmədqulu Muxtarova "Vor v zakone" adı vermək üçün "sxodka" çağırıb. Amma "sxodka"ya "Lotu Quli" müdaxilə etdiyindən baş tutmayıb. "Kor Hüseyn" "Lotu Quli"nin düşmənlərindən sayılırdı. Onun həbsi isə kriminal aləmdə böyük əks-səda doğurub.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->