Koronavirus bitəndən sonra Çinin başqa problemləri başlayacaq... (TƏHLİL)

Koronavirus bitəndən sonra Çinin başqa problemləri başlayacaq... (TƏHLİL)

"Koronavirusa yoluxan dövlətlərin mütləq əksəriyyəti zamanında onları xəbərdar etmədiyinə və hazırki duruma görə Çin rəhbərliyini günahkar sayır". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Çin yenidən iqtisadi gücünü qaytarmaqda çətinlik çəkəcək: 

"Koronavirus Pakistanda da yayılır. Pakistanın səhiyyə nazirinin müavinin sözlərinə görə, virus Pakistana Çindən keçib. Pakistanda virusa yoluxanların təxminən 25 faizi 21-30 yaş arasında olan gənclərdir. Bu da onu göstərir ki, Pakistanda virusa yoluxma gənclər üçün də təhlükəlidir. Pakistandan fərqli olaraq Çində yoluxanların mütləq əksəriyyəti yaşı 65-dən yuxarı olan insanlar idi. Pakistanda hazırda koronavirusa yoluxanların sayı min nəfəri keçib. Virusa yoluxanların təxminən yarısı Pakistanın cənub-şərq əyalətində yaşayan insanlardır. Bu günə qədər infeksiyadan ölənlərin sayı çox deyil. Ancaq təhlükənin miqyası hər an arta bilər. Pakistanda virusa yoluxanların 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edir. Maraqlıdır ki, virusun yerli yoluxma halları ümumi halların 7 faizini təşkil edir, qalan 93 faiz isə xarici ölkələrdə xəstəliyə yoluxublar. Bu vəziyyətdə Pakistanın yardıma ehtiyacı yaranıb. Çin Pakistana tibbi maskalar göndərib. Ancaq bu, kifayət etmir. Pakistanda ciddi karantin tədbirləri görülür. 

Bu arada, Çinlə regional layihələrlə bağlı sualların sayı artıb. Koronavirusa yoluxan dövlətlərin mütləq əksəriyyəti zamanında onları xəbərdar etmədiyinə və hazırki duruma görə Çin rəhbərliyini günahkar sayır. Mütəxəssislər bir neçə il əvvəl Çinin təsis etdiyi Çin Pakistan İqtisadi Dəhlizi (CPEC) və Bir Kəmər Bir Yol təşəbbüsünün gələcəyini müzakirəyə çıxarıblar. Bəzi ekspertlər məhz bu xətt  üzərində yerləşən ölkələrin koronavirusdan daha çox əziyyət çəkdiklərini bildirirlər". 

Elxan Şahinoğlu qeyd edib ki, bir çox ölkələr gələcəkdə bu ölkənin yenidən virus yayıcısına çevriləcəyindən ehtiyat edəcək:

Qərb mətbuatında artan yazılarda göstərilir ki, birincisi, Çin öz istehsalını artırarkən ekoloji qaydalara riayət etmir. İkincisi, Çində koronavirus bitsə də, bəzi ölkələr gələcəkdə bu ölkənin yenidən virus yayıcısına çevriləcəyindən ehtiyat edirlər. Misal üçün, koronavirusun ilk yayıldığı yer Vuhan şəhərindəki heyvan bazarı sayılır. Koronavirus yayıldıqda ilk ölənlər həmin bazarın satıcıları və müştəriləri oldular. Həmin bazar bağlandı. Ancaq indi o tip bazarların yenidən açıldığı və müxtəlif heyvanların yenidən satışa çıxarıldığı bildirilir. İtaliyada koronavirus bu ölkədə çalışan ucuz çinli işçi qüvvəsindən ölkəyə yayıldı. İtaliyadakı sahibkarlar bundan sonra çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadədən imtina edəcəklər. Çin Pakistan İqtisadi Dəhlizinin ən böyük xarici sərmayədarıdır. Çin hansı ölkədə layihə həyata keçirib, onu maliyyələşdirirsə, Pekinin əsas şərtlərindən biri çalışanların əksəriyyəti çinli olmasıdır.
 
Pakistanda da layihənin icrasında minlərlə çinli iştirak edir. Layihəyə görə Çinin Sincan şəhərini Pakistan və İran limanları ilə relslər və magistral yolları şəbəkəsi ilə bağlamalıdır. Ancaq Çindən yayılan ölümcül koronavirus həm Pakistan, həm də İran rəhbərliyini Pekinlə bu sahədə ortaq əməkdaşlığını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. İtaliya da Çinin təsis etdiyi "bir kəmər, bir yol” layihəsinin Avropadakı əsas iştirakçısıdır. Roma mövcud layhihədən imtina etməsə də, Çinlə bundan sonrakı təmaslarına diqqət yetirmək məcburiyyətində qalacaq. Bundan başqa, Çin koronavirus səbəbindən on milyarlarla dollar itirdi. Bu səbəbdən Çinin özü də sağa-sola maliyyə xərcləməkdən imtina edəcək". 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR