Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir.
Qaynarinfo Reuters agentliyinə istinadən xəbər verir ki, virus qurbanlarının sayı 40-ı keçib.
Bildirilir ki, təkcə son bir gündə daha 15 nəfər ölüb, qurbanların ümumi sayı 41-ə çatıb. Virusa yoluxanların sayı isə hazırda 1287 nəfərdir. Virus Çinin demək olar ki, bütün əyalətlərinə yayılıb.
Ölüm halları əsasən xəstəliyin dekabr ayında qeydə alındığı Vuhan şəhərində baş verib - şəhər ÇXR hakimiyyəti tərəfindən bloklanıb. Ayrıca, Hebei və Heilongjiang əyalətlərinin hərəsində bir nəfər olmaqla həyatını itirib.
Alpər
Şərhlər