Dünya 16:38 21.02.2020

Koronavirus İsrailə də ayaq basdı...

Kovid-19 virusu (koronavirus) səbəbiylə Yaponiyada karantində olan "Diamond Princess" sərnişin gəmisindən evakuasiya edilməsinə icazə verilən 11 İsrail vətəndaşı xüsusi təyyarə ilə ölkəyə gətirilib.

Qaynarinfo xəbər verir ki, ölkəyə gətirilən israillilər paytaxt Təl-Əviv yaxınlığındakı Ramat Gan bölgəsində yerləşən bir xəstəxanada karantinə alınıb.

İsrail Səhiyyə Nazirliyindən verilən açıqlamada testlərin nəticəsində ölkəyə gətirilənlərdən bir nəfərdə Kovid-19 virusunun aşkarlandığı bildirilib.
Beləliklə Nazirliyin açıqlaması ilə Kovid-19-un İsraildə ilk halı qeydə alınıb.

Kovid-19 Diamond Princess kruiz gəmisində olan 15 israillidən 4-də aşkar edilib və onlar Yaponiyada karantinə alınmışdı. Hazırda 4 israillinin müalicəsi Yaponiyada davam edir.

Xatırladaq ki, fevralın 4-də Yaponiyanın paytaxtı Tokio yaxınlığındakı Yokohama limanına yaxınlaşan "Diamond Princess" sərnişin gəmisində Nonq Konqlu sərnişində Kovid-19 tapılmasından sonra gəmi karantinə alınıb.
 
Alpər