Xəbər lenti

Koronavirus Kamyunun “Vəba”sının satışını 4 dəfə artırdı (STATİSTİKA)
Sənət 00:20 04.03.2020

Koronavirus Kamyunun “Vəba”sının satışını 4 dəfə artırdı (STATİSTİKA)

Yeni növ koronavirusun yayılması Alber Kamyunun "Vəba" romanının satışına güclü təsir edib.

Qaynarinfo xəbər verir ki, Fransada kitab satışını müşahidə edən "Edistat” statistika portalının verdiyi məlumata görə, Kamyunun romanı ilin əvvəlində 2019-cu ildəkindən daha çoxa satlmağa başlayıb. 2020-ci ilin yanvar ayının sonunda alıcılar 1700 nüsxə kitab alıblar. "360” televiziya kanalının verdiyi məlumata görə, 2019-cu ildə həmin romanın 450 nüsxəsi satılıb.

Yerli mediaya görə, tez-tez müəyyən kitabların satışındakı artım ölkədəki hadisələrdən asılı olur. Beləliklə, 2015-ci ilin noyabrında Parisdə baş verən terror hadisələrindən sonra fransızlar daha çox Ernest Heminqueyin "Həmişə səninlə olan bayran" kitabını almağa başlayıblar. Bu əsər Fransa sakinləri üçün bir növ "nikbinlik simvolu" halına gəlib.

İtaliyada isə romanın satışı üç dəfə artıb və ibs.it onlayn kitab mağazasında "Vəba" satışda altıncı yeri tutub.

Qeyd edək ki, "Vəba" romanı Əlcəzairin Oran şəhərində baş vermiş vəba epidemiyası haqqında təxəyyül məhsulu olan bir əhvalatdan bəhs edir. Müəllif sakinlərin bu şəraitdə necə yaşadıqlarını göstərir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->