Xəbər verdiyimiz kimi Milli Məclisin bir qrup deputatı COVID-19 virusuna yoluxub.
Qaynarinfo xəbər verir ki, Modern.az koronavirusa yoluxan deputatların vəziyyətini öyrənməyə çalışıb.
Tahir Kərimli evdə müalicə aldığını bildirib:
«Evdə müalicə alıram. Yavaş-yavaş səhhətim yaxşılaşır. İnşallah, hər şey yaxşı olar».
Məşhur Məmmədov səhhətinin ilk günlərə baxanda yaxşılaşmağa doğru getdiyini deyib:
«Xəstəliyin ilk günləri bir qədər çətin idi. Həkim nəzarəti altında müalicəmi davam etdirirəm. Yaxşılaşmağa doğru gedirəm. Hər kəsə tövsiyəm odur ki, özünü qorusun».
Rəşad Mahmudov da indi özünü yaxşı hiss etdiyini qeyd edib:
«Şükürlər olsun ki, yaxşıyam. Bir həkim olaraq hər kəsi diqqətli olmağa və qaydalara əməl etməyə çağırıram».
Soltan Məmmədov da özünü yaxşı hiss etdiyini söyləyib.
Qeyd edək ki, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Məşhur Məmmədov, Tahir Kərimli, Tahir Mirkişili, Rəşad Mahmudov, Qənirə Paşayeva, Soltan Məmmədov, Etibar Əliyev, Vüqar Bayramov, Azər Badamov, Nizami Səfərov, Elnur Allahverdiyev koronavirusa yoluxublar.
Şərhlər