Ölkə 12:25 08.08.2020

Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama

"Koronavirusa yoluxub həyataını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir”.

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirusdan vəfat edən həkimlər daha çox ümumi xəstəxanalarda və təcili tibbi yardımda çalışanlar olub: "Bizim üçün müalicə yanaşmasında xəstənin tutduğu vəzifəsi yox, xəstəliyin ağırılıq dərəcəsi önəmlidir. Həkimlər xəstələrlər daha çox təmasda olduqları üçün onlar bu xəstəliyi daha ağır keçirirlər. Onların müalicəsi TƏBİB və dövlər rəhbərliyinin daim diqqət mərkəzindədir”.