Xəstələrin müxtəlif infeksiyalara qarşı müqaviməti bədən kütləsi indeksindən asılıdır.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Rusiya virusoloqları "İzvestiya" ya açıqlamasında bildirib. Açıqlamada deyilir ki, bu şərt tamamilə koronavirusa da aiddir. Bədən kütləsi indeksi nə qədər yüksək olsa, bir insanın diabet xəstəliyinə tutulması və ya ürək-damar xəstəliklərindən əziyyət çəkməsi riski daha çox olur.
Elm adamları qeyd edirlər ki, bu xəstəlikləri olan xəstələrdə koronavirusa qarşı müqavimət daha aşağıdır. Piylənmənin həddindən artıq formaları müşahidə edilən insanlar ümumiyyətlə, bir çox patologiyaya malikdir. Bundan əlavə, nəfəs dərinliyi ilə bağlı problemlər var ki, bu da virusun səbəb olduğu sətəlcəmlə tam mübarizə aparmağa imkan vermir.
"Bu cür insanlar patologiyaların xeyli hissəsini özlərində daşıyırlar və nəticədə, mövcud statistika ilə təsdiqlənən COVID-19-u daha ağır keçirirlər", - genom mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov deyib. Seçenov Universiteti Şəxsi Tibb İnstitutunun Sağlamlıq İdarəetmə Klinikasında diyetioloq Natalya Puqaçova əlavə edib ki, piylənmə xəstəliyi olanların ömrü başqalarına nisbətən 10-12 il az olur.
Bundan əvvəl, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko da insanları koronavirusla bağlı günlərdə çox yeməkdən çəkinməyə, alkoqol istifadəsini də ciddi şəkildə azaltmağa çağırıb.
Alpər
Şərhlər