Xəbər lenti

Koronavirusdan ölən şəxsin dəfni zamanı antik məzar tapıldı: içindən görün nə çıxdı (FOTO)
Dünya 18:02 29.04.2020

Koronavirusdan ölən şəxsin dəfni zamanı antik məzar tapıldı: içindən görün nə çıxdı (FOTO)

İranın Mazandaran əyalətində Kovid-19 səbəbindən ölən şəxsin dəfni zamanı Parfiya İmpratorluğu dövrünə aid məzar tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İRNA agentliyinə danışan tarixçi Əli Ramazani Paçi məzarda e.ə. 247-224-cü illərdə yaşamış əsgərlərə aid sümüklər və hərbi ləvazimatların tapıldığını deyib.

"Səhiyyə Nazirliyinin Kovid-19-dan ölənlər üçün müəyyənləşdirdiyi qaydalar əsasında daha dərin məzar qazarkən antik dövrə aid məzar kəşf etdik. Təəssüf ki, məzar texnika ilə qazıldığı üçün arxeoloji tapıntılara müəyyən qədər zərər dəydi", - deyə o, bildirib.

Məzardan insan skeletlərindən başqa gil qab, dəmir qılınc, ox qabı və dəmirdən hazırlanmış döyüş aləti çıxıb. Həmçinin əsgərə aid dişlərin səliqəli quruluşunu tədqiq edən həkimlər 2300 il öncə dişlərə implant edildiyi qənaətinə gəliblər. Tarixçi 2 il əvvəl də bölgədən antik dövrlərə aid tarixi əsərlər tapıldığını xatırladıb.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->