İtaliya alimləri xəstələrin qan analizləri əsasında kimlərin koronavirusdan ölə biləcəyini öyrəniblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Verona Universiteti və Padova Universiteti Xəstəxanası xəstəliyin şiddəti ilə qanda trombositlərin sayı arasında birbaş əlaqə olduğunu müəyyən ediblər.
Qeyd olunur ki, trombositlərin az olması çox vaxt ölümə səbəb olur. 400 ağır xəstənin və mindən az yüngül xəstənin qan analizləri tədqiq edilərək bu qənaətə gəlinib.
Tədqiqatçılar ümid edir ki, bu məlumat xəstəliyə yoluxanların vəziyyətini izləməyə və müalicə metodlarını müəyyənləşdirməyə imkan verəcək.
Camal
Şərhlər