Türkmənistan hakimiyyəti kilsələrin, məscidlərin və müsəlman ziyarətgahlarının müvəqqəti bağlanacağını elan edib.
Qaynarinfo xəbər verir ki, Dini İşlər Şurasında bildirildiyi kimi, bu "yoluxucu xəstəliklərin yayılmasının" qarşısını almaq üçün bir tədbirdir. Bundan əvvəl Türkmənistan Dəmir Yolları iyulun 16-dan 23-dək qatarların hərəkətinin dayandırıldığını elan etmişdi.
Yerli KİV yazır ki, dezinfeksiya ölkənin bütün bölgələrində də aparılır, buna ehtiyac havadakı "toz hissəciklərinin" artması ilə izah olunur.
"Meduza” qeyd edir ki, rəsmi olaraq Türkmənistanda COVID-19 koronavirusu ilə bağlı heç bir hadisə qeydə alınmayıb.
Alpər
Şərhlər