Koronavirusu yüngül keçirənlər bunu etməsin (VİDEO)

Koronavirusu yüngül keçirənlər bunu etməsin (VİDEO)

Reanimasiyada yatan koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan Dr. Serpil Özsezgin COVID-19 testi müsbət çıxanların isti duş və buxar vannası qəbul etmələrinin fəlakətlə nəticələnə biləcəyini deyib.

O, sözügedən məsələ ilə bağlı aşağıdakı fikirləri səsləndirib:

"Xəstəliyin ilk günlərində, "duş alım, tərim qurusun" düşüncəsi ilə yuyunuruq. Bu zaman nəfəsimizdən xaric olunanan viruslar hamamdakı isti su və buxarın təsiri ilə yenidən ağciyərimizə qayıdır. Beləliklə, özümüzü yenidən virusa yoluxdururuq. Bu da xəstəliyi daha ağır keçirməyimizə səbəb olur".

Mütəxəssis xəstəliklə bağlı digər tövsiyələr də verib:

"Evdən çıxarkən uzun qollu pencək geyinməyi məsləhət görürük. Uzun saçları yığmaq, bilərzik, sırğa və zinət əşyalarını taxmamaq məqsədəuyğundur. Əsla əllərimi yumamış üzünüzə, gözlərinizə və burnunuza toxundurmayın".//Redaktor.az 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR