Xəbər lenti

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”
Siyasət 20:52 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

Rusiyada "Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko Media.Az-a müsahibəsində Laçın dəhlizi barədə danışıb.

"Birincisi, Azərbaycanın Qarabağ bölgəsində hər hansı qanunsuz erməni silahlı birləşməsi terror qruplaşması kimi qəbul edilməlidir.

İkincisi, Laçın dəhlizinin Rusiya sülhməramlılarının, Rusiya sərhəd xidmətinin səyləri sayəsində Ermənistandan hər hansı bir silahlı insanın bura daxil olmaması üçün danışıqlar aparmaq lazımdır”.

Korotçenko bildirib ki, bütün erməni silahlı birləşmələri tərkisilah edilməlidir:

"Əgər orada Ermənistan vətəndaşları varsa, onda Azərbaycan ərazisini tərk etməlidirlər. Bu, Rusiya ilə Azərbaycanın gələcək birgə hərəkətləri üçün danışıqlar mövzusudur. Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır. Bu məsələnin həll edilməsinin zəruriliyi göz qabağındadır. Bəlkə də Laçın dəhlizinin işləməsi ilə bağlı yeni işçi qrupu yaratmaq məntiqə uyğundur”.//oxu.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->