Böyük Britaniyanın kral ailəsinə məxsus qiymətli əşyaların məbləği açıqlanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qılıncdan taca qədər 140-dan çox qiymətli əşya və 2750 dəyərli daşdan ibarət ziynət əşyalarının ümumi dəyərinin 3 milyard funt-sterlindən çox olduğu ehtimal edilir. Satışa çıxarılma ehtimalı az olduğundan bu qiymətli parçaların dəqiq qiyməti bəlli deyil.
Kolleksiyaya ən son əlavə olunan cəvahirat 1953-cü ildə Kraliça Elizabetə tac geyinmə mərasimində hədiyyə edilmiş 22 karatlıq qızıl bilərzikdir.
Kral ziynət əşyalarının ən məşhuru isə təmiz qızıldan hazırlanmış 444 əyarlı və yarısı daşla bəzədilmiş 240 qram ağırlığında olan Eduardın tacıdır. Tacın 1661-ci ildə II Çarlz üçün hazırlandığı qeyd olunur.
Camal
Şərhlər