Dünya 13:54 24.11.2020

Kraliça keçmiş rus bankirin oğluna baron titulu verdi

Milli Ehtiyat Bankının keçmiş ortaq sahibi Aleksandr Lebedevin oğlu İngiltərə iş adamı Yevgeni Lebedev Britaniyanın Lordlar Palatasında ömürlük perlik alıb.
 
Qaynarinfo xəbər verir ki, bu məlumat İngiltərə hökumətinin rəsmi saytı tərəfindən yayımlanıb.

Kraliça II Yelizaveta ona "Londonun Riçmond-apon-Temza rayonunda Hemptondan və Rusiyanın Sibir bölgəsindən olan Baron Lebedev” rəsmi titulunu verib.
Lebedev media sənayesindəki xidmətlərinə və xeyriyyəçilik işlərinə görə Baş nazir Boris Conson tərəfindən ömürlük per adına namizəd göstərilib. Yevgeni Lebedev atası ilə birlikdə The Evening Standard və The Independent-in ortaq sahibidir və eyni zamanda ətraf mühiti qorumaq və həssas qrupları dəstəkləmək üçün xeyriyyə kampaniyaları təşkil edərək 75 milyon funt sterlinqdən (100 milyon dollar) çox vəsait toplayıb.

Lord Lebedev haqqında məlumatlar Britaniya Parlamentinin saytında da yayımlanıb. O, 19 noyabrdan bu yana Lordlar Palatasının iclaslarında iştirak edir.
 
Alpər