Foto 16:35 27.10.2019

Krasnayarskda Nar bayramı keçirildi (FOTO)

Rusiyanın Krasnayarsk vilayətində Azərbaycan milli mədəniyyət günləri keçirilib.  Vilayət qubernatorluğu rəhbərliyinin istirak etdiyi tədbir nar bayramı kimi də diqqqət çəkib. 

Qaynarinfo xəbər verir ki, Krasnayarsk qubernatorunun ictimai məsələlər üzrə müavini Soslan Tatdayev çıxış edərək, diaspora nümayəndələrini Azərbaycan mədəniyyətini və onun təbii sərvətlərini bu cür tərənnüm etdiklərinə görə minnətdarlığını bildirib və bu cür bayram tədbirlərinin xalqları bir-biri ilə daha möhkəm tellərlə bağladığını deyib.

Bayram tədbirində Krasnayarsk Azərbaycanlılarə mədəni milli muxtariyyatınən sədri Taleh Mahmudov cıxış edərək bayrama təşrif buyuranlara minnətdarlığını bildirib.