Xəbər lenti

Ekonomiks 15:21 06.07.2026

"Kredit Evi"nin səhmdarlarından biri dəyişdi

"Kredit Evi" ASC-də əsas səhmdarlardan biri dəyişib.

Tiraj.az xəbər verir ki, bu barədə şirkətin təqdim etdiyi bildirişdə qeyd olunub.

Bildirişə əsasən, şirkətin 50%-lik payına sahib olan Kazım Hətəmxan oğlu Hüseynov nominal dəyəri 20 manat olan 10 100 ədəd adi adlı, sənədsiz səhmini bağışlama müqaviləsi əsasında Dürrə Hətəmxan qızı Hüseynovaya verib.

Bununla da 16 aprel 2026-cı il tarixindən etibarən Dürrə Hüseynova "Kredit Evi" ASC-nin 50%-lik payına sahib yeni səhmdar olub.

Qeyd edək ki, sözügedən dəyişiklik nəticəsində şirkətin nizamnamə kapitalında pay bölgüsü dəyişməyib. Digər 50%-lik pay əvvəlki kimi Səbuhi Məmmədsəməd oğlu Quliyevə məxsusdur.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->