Krımda terror aktı: ölənlərin sayı artdı (YENİLƏNİB/VİDEO)
Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb, yaralıların sayı isə 50 nfərdir.
Qaynarinfo Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, ölən və yaralananların əksəriyyəti yeniyetmələrdir.
Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən verilən məlumata görə, partlayışa səbəb qaz balonu olmayıb. Belə ki, hadisə terror aktıdır və texnikum binasındakı partladıcı qurğunun işə salınması nəticəsində baş verib.
Faktla bağlı cinayət işi başlanıb, müvafiq əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Həmçinin bəzi şahidlər partlayışdan sonra binadan atışma səsləri eşitdiklərini bildiriblər.
***14.15
Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, binada qaz balonu partlayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər