Ölkə 21:05 10.09.2019

Küçə ticarəti üçün yeni şərait yaradıldı

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində küçə ticarəti üçün yeni şərait yaradılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, əvvəllər pərakəndə şəkildə satışın olduğu ərazilərdə müasir formada mağazalar tikilib, ərazi səliqəyə salınıb.

Köşk və mağazaların tikilməsi ilə ərazidə pərakəndə şəkildə ticarətlə məşğul olanların fəaliyyətində dönüş yaranıb.

Metronun "Həzi Aslanov” stansiyasının çıxışlarında açılan mağazalar gəliş-gedişin də asanlaşmasına səbəb olub.