Ölkə 14:08 19.12.2017

Kürdəmirdə seçki dairəsi yanıb (FOTOLAR)

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb.
 
FHN-dən verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.
 
Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.