Xəbər lenti

Laçın narahatlığı: Bu, BMT qətnaməsi deyil ki, icra etməsinlər... – Hərbi ekspert
Ölkə 11:55 28.11.2020

Laçın narahatlığı: Bu, BMT qətnaməsi deyil ki, icra etməsinlər... – Hərbi ekspert

"Laçın dekabrın 1-də boşaldılacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ekspert vətəndaşların narahatlığının başa düşülən olduğunu bildirib:

"Vətəndaşlarımız inanmırlar. Ermənistan illərlə danışıqlara məhəl qoymayıb, işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmayıb, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyib. İndi vəziyyət başqadır. BMT Təhlükəsizlik Şurasının qətnamələri deyil ki, bunu icra etməsinlər? Bu, Azərbaycan ordusunun tələbidir. Düşmən də etiraf edib ki, müharibə iki gün də davam etsəydi, 25 min ordu məhv olacaqdı. Ona görə də sazişə əməl etməyə məcburdurlar".
 
 

Emin Həsənli bildirib ki, prosesə Rusiya nəzarət edir:

"Onların sülhməramlılarının bu prosesi həyata keçirməklə bağlı öhdəlikləri var. Ona görə də Laçın boşaldılmalıdır. Kəlbəcər məsələsində də onlar 10 gün vaxt istəyəndə vətəndaşlar narahat olmuşdu. Amma narahatlığa əsas yoxdur. Ərazilərə gəlincə isə Ermənistanın Baş naziri də açıqlama verib ki, sovet dövründə ərazilər necə olubsa, elə də müəyyənləşəcək. Oralar hamısı tarixi Azərbaycan torpaqlarıdır. Zəngəzur, İrəvan, Göycə və s. Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda da sərhədlərimizi müəyyənləşdirəcəyik".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->