Ermənilər Kəlbəcər rayonunu tərk edərkən etdikləri biabırçı əməlləri eynilə Laçında da təkrarlayırlar.
Qaynarinfo-nun məlumatına görə, Laçın rayonunu tərk etməyə başlayan ermənilər evləri yandırır, qapı-pəncərə çərçivələrini, elektrik kabellərini söküb aparırlar.
Qeyd edək ki, noyabrın 10-da bağlanmış üçtərəfli müqaviləyə əsasən, erməni işğalçıları dekabrın 1-də Laçın rayonunu tamamilə tərk etməlidir.
Şərhlər