Latviyanın sabiq prezidenti Valdis Zatlersin fikrincə, Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi dünyanın müxtəlif bölgələrində təsadüfi, ola bilsin ki, lokal müharibələrə gətirib çıxara bilər.
"Hər iki tərəf yaranmış vəziyyətlə bağlı nəticələrdə mümkün qədər ehtiyatlı davranmağa çalışır. Suriya münaqişəsi əsalində proksi-müharibədir və burada ABŞ-la Rusiyadan başqa İran, Türkiyə, Səudiyyə Ərəbistanı və bir sıra digər dövlətlər vuruşur.
Belə münaqişələrdə həll yolunu tapmaq çətindir”, - dünyada gərginliyin artması ilə bağlı fikirlərini virtualaz.org-un əməkdaşı ilə söhbətində Zatlers belə ifadə edib.
Latviyalı siyasətçi güman edir ki, Moskvadan indiki dövrdə istənilən qeyri-adi hərəkəti, o cümlədən özünü izolyasiya etmək qərarını da gözləmək olar. Xarici siyasətin sadə rusiyalıların rifahına mənfi təsiri barədə hər hansı mülahizə nəzərə alınmayacaq.
"Vəziyyət belədir ki, SSRİ dağılandan sonra Rusiya artıq dünya birliyinə inteqrasiya olunub. Berlin divarını bərpa etmək alınmır. Dünyada artıq bir-birinə ideoloji zidd iki düşərgə yoxdur. Göründüyü kimi, Rusiya özünü izolyasiya yolunu tutub, lakin Avrasiya İqtisadi İttifaqı və KTMT üzrə müttəfiqləri də həmin yolla gedəcəklərmi? Bu təşkilatlarda hər bir üzv ölkənin xarici siyasətini seçmək hüququ var. Rusiya isə, dünyaya daha çox açılmaq əvəzinə, Şimali Koreyanın yolunu gedir”, - siyasətçi bildirir.
Moskvanın hərbi ideologiyanı inkişaf etdirməsi xətti nə vaxtsa sabun köpüyü kimi partlayacaq. Son 50-60 ildə Rusiyanı heç kim təhdid etməyib, ərazisinə heç bir iddia irəli sürülməyib, hücum, yaxud sərhədlər üzrə mübahisə baş verməyib. Zalters qeyd edir ki, heç kəs Rusiyaya hücum etmək niyyətində deyil, lakin ölkədə hərbi əhval-ruhiyyə, buna baxmayaraq, artmaqda davam edir.
"Anlamaq olmur ki, Rusiya "şahinləri” kimə hücum etmək, kimi öldürmək əzmindədirlər. Düşmən ki yoxdur! Belə olan vəziyyətdə Rusiyanın qonşuları sakitliyi qorumalı və hərbi davranş tərzinə cavab verməməlidirlər. Yoxsa, doğrudan da, müharibə başlayacaq”, - keçmiş prezident xəbərdarlıq edir.
O ki qaldı gərginliyin yeni səviyyəyə qalxmasına səbəb olmuş keçmiş QRU polkovniki Sergey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqala, Zatlers şübhə etmir ki, "bu, Rusiya prezidentinin xaricdə yaşayan rəqiblərinə siqnal idi: bizi kim satarsa, onu həmin aqibət gözləyir. İstənilən qeyri-loyallıq cəzalandırılacaq. Bu xəbərdarlıq, Qərbə hərbi gücün nümayişi kimi, Rusiyada prezident seçkilərinin ərəfəsində səsləndi”.
Şərhlər