İngiltərə müdafiə naziri Qavin Vilyamsonun Rusiya barədə açıqlaması xarici işlər naziri Sergey Lavrovun sərt cavabı ilə nəticələnib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Vilyamson "Rusiya səsini kəsməli və çıxıb getməlidir" açıqlamasına Astana zirvəsində iştirak edən Sergey Lavrov cavab belə verib: "Deyəsən, kifayət qədər təhsili yoxdur".
Qeyd edək ki, sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsinə görə iki ölkə arasında münasibət gərginləşib. İngiltərə höküməti rus, Rusiya höküməti isə ingilis diplomatların deportasiyası barədə qərar qəbul edilib.
Gülşən
Şərhlər