Ötən əsrin 50-ci illərində maestro Niyazi Azərbaycandan baş götürübgedibmiş. Səbəb sənət mühitində hökm sürən intriqa, qarşılıqlı nifrət,düşməncə münasibət idi. Bir müddət Leninqradda yaşayan Niyazi məşhurMarinski teatrında baş dirijor işləyir. Elə həmin dövrdə teatr onunrəhbərliyi altında Amerikaya qastrola gedir. Az qala onun üçün faciəlisonluqla bitəcək hadisə elə o səfərdə baş verir – orkestrin iki üzvü,ailə cütlüyü ABŞ-da qalıb siyasi sığınacaq istəyir. Bu olay, üstəgəlxaricdə Ceyhun Hacıbəyov kimi qohumun olması onu DTK üçün potensial"yem” edəcəkdi. Sənət adamlarının hamisi Nazim Hacıyev olmasaydı…
Yox, bu yazıda maestro Niyazidən bəhs eləmirəm, onunla bağlı bu əhvalatı sadəcə giriş kimi seçdim.
***
Şəhərimizdə ata-oğul Yohann Ştrausların əsərlərindən ibarətqala-konsert olacağını hələ bir ay əvvəl küçə afişalarında oxumuşdum."Gedəcəm” desəm də bilet almağa tələsmirdim. Elanda yazılmadığındankonserti simfonik orkestr və balet truppasıyla İsveç şəhərlərinəqastrola gəlmiş Rostov Dövlət Musiqi Teatrının verəcəyini bilmirdim,həmin axşam bilet dalınca gedəndə öyrəndim.
Canlı orkestr musiqisi, gözəgəlim soprano, kəpənək uçuşlu baletrəqsləri… Qısası, o gecə ruslar İsveç tamaşaçılarına hər deyəndəyaşanmayan duyğular bəxş etdilər.
Qonaq teatrın inzibatçıları Tatyana, Olqa ilə elə foyedə tanış oldum.Rusca danışmağım, bakılı olmağım söhbətə tez körpü saldı. Atüstü qısasöhbətlərdə bir məclisin sözün danışdıq. İstedadlı musiqiçilərinRusiyanı tərk eləməsindən, sənət üçün dözülməz mühitdən ürək ağrısıyladanışırdılar.
Elə çıxışçıların Rostov musiqi teatrının solistləri olduğunu onlardanöyrəndim. Biletsiz olduğumu biləndə Tatyana belə dedi: "Narahatolmayın, konsert başlayanda burda olun, təşkil edərik, ailənizi dəgətirin”.
Konsertdən əvvəl foyedə var-gəl edərək tamaşaçılara "xoş gəldin”eləyən qızılı fraklı "Ştraus”a, girəcəkdə qoyulmuş masada konsertinproqramını satan Olqaya, yerli teatr inzibatçılarıyla nəyisə müzakirəedən Tatyanaya göz qoyurdum. Onlar hərdən qarberobun qapısına söykənibgah üzbəüz barda pivə içənləri, gah da ikibir, üçbir gəzişən qayğısızİsveç tamaşaçılarını küt nəzərlərlə seyr edən hündürboy kişiyəyaxınlaşır, nəsə deyib çəkilirdilər. O isə yorğun, həvəssiz halıylakəlmə də kəsmirdi, eləcə başını tərpədirdi.
Teatr heyətinin rəhbəriymiş.
Adətən yekəpər, kələ-kötür adamların baxışları zəhmli olur. Onunsa üzcizgiləri heç bir informasiya vermirdi, qaba adama oxşamasa da onahəlim adam da deməzdim. Geniş alın, iri burun, çiyinə tökülən saç,uzunsov sifət fonunda gözləri xeyli xırda görünürdü. Amma bu balacagözlər elə zəndlə baxırdı ki, elə bil nəzərləri hədəfə atılan ox idi.Ümumi görkəmiylə mənə tanış gələn "teatrın rəhbəri”nin bir neçə dəfəyanından keçdim, yaxınlaşıb salam vermək istədim, amma vermədim,düşüncələrindən ayırmadım.
…Düşüncələylə qalmağı adamlarla söhbətdən üstün tutan adamları rəngi-ruhundan gözüm tez alır, onları ovcumun içi kimi tanıyıram…
Biz zalın axır sıralarında yer aldıq. Tatyana "teatrın rəhbəriylə” bizdən arxa sırada bir qədər kənarda oturdu.
Birinci hissə "Venesiyada karnaval”la ("Der carneval in Venedig”)başladı. Bilirsiniz, Ştrausslar öz valsları ilə məşhurdular. Hətta oğulŞtrausa "vals kralı” deyərmişlər. Onların musiqisi ən tənbəl dinləyicinibelə dingildədib rəqsə şirnikləndirir.
Mənimsə ruhum kəpənək-balerinalara qoşulub "Mavi Dunay” ("An derschönen blauen Donau”) havasına oynayırdı. Ruhum nədi, özüm dəoynayırdım. Gülməyin! Adamın belə halı olur. İllah da ovqatın bir "simi”də uzaq uşaqlıq çağına köklənəndə.
Konsertə baxa-baxa xəyalən gah uşaqlığımın Şuşasına gedirdim, gah daqayıdıb arxada əyləşən "teatrın rəhbəri”nə baxırdım. Gah ŞtrausunRusiyaya səfəri zamanı Olqa adlı rus aristokratına aşiq olmasından bəhsedən "Peterbuqla vidalaşma” adlı sovet filmini, gah da fransızların2009-cu ildə çəkdiyi "Konsert”dəki Andrey Filipovu xatırlayırdım. Gahmusiqinin sehrli dünyasında dinclik tapır, gah da qarışıq duyğularburulğanına düşürdüm.
Qəribə bir təzaddı, son vaxtlar Şuşanı mənə muğamat yox, klassikmusiqilər xatırladır. Bəlkə bu, hələ uşaqkən maestro Niyazinindirijorluğu ilə Şuşada, Cıdır Düzündə ilk orkestr ifasını dinləməyimləbağlıdı – bilmirəm! Ötən yay Vyanada klassik bəstəkarların evmuzeylərini gəzəndə də Şuşanı gəzirmiş kimiydim.
O axşam da Şuşadaydım.
…Şuşa "İstirahət evi”ndə bizimlə qonşulıqda bir ailə dincəlirdi.Bakıdan gəlmişdilər, rusca danışırdılar. Bağın ayağında qala divarlarıtərəfdə bir armud ağacı vardı. Neçə dəfə Turşsu pavilyonundan su içməyəgedəndə ailənin böyük qızını çəmənlikdə oturub kürəyini o armud ağacınasöykəyən görmüşdüm. Bəzən kitab oxuyardı, bəzən də əlində yelpik sonsuzüfüqlər altında uzanıb gedən uzaq dağlara, dərələrə baxardı.
İndi burda, teatr səhnəsində neçə quşun səsiylə cəh-cəh vuran,yar-yaraşığıyla bakılı qızı xatırladan Yekaterina Qorban da Ştraussun"Bahar səsləri” ("Frühlingsstimmen”) valsını əlində yelpik ifa edirdi.Onun səsi yaddaşıma bir tablo kimi həkk olan o donmuş Şuşa lövhəsiniilahi bir ofsunla yenidən canlandırmışdı – səhnədəki qara fraklıkəpənək-rəqqas çəmənlikdə çiçəkdən-çiçəyə uçan aşiq-kəpənəyin özüydü,ağaca dövrə vurur, yelpikli Bakı gözəlinin başına dolanırdı. Qızsaüfüqün allah bilir hansı zərrəsində ilişib qalmışdı, onu görmürdü…
Fasilədə hamı foyeyə çıxdı, zalın aşağı sırasında qoca ər-arvad, birdə yuxarı cərgədə "teatrın rəhbəri” qaldı. Yenə harasa baxırdı, onunhara baxdığını tutmaq olmurdu, baxırdı, amma elə bil görmürdü.
Konsertin ikinci hissəsində Şuşa "Bakılı qız” tablosuyla gözümünönündən çəkilib getdi. İndi arxa sıradakı "teatrın rəhbəri” diqqətiməhakim idi. Bütün konsert boyu onun üz ifadəsinin dəyişdiyini görmədim–zalın "Bravo” nidalarına, ayaqüstə alqışlara lal, kar, kor idi.
Onu harada gördüyümü indi kəsdirmişdim.
…"Konsert” ("Le Concert”) filminin qəhrəmanı Brejnev dövründə yəhudimusiqiçiləri Bolşoy teatrın orkestrindən qovmaq əmrinə etiraz etdiyiüçün işdən çıxarılan dirijor Andrey Filipovdu. Siyasi rejimin bütünqapıları üzünə bağladığından teatrda süpürgəçi işləməyə məcbur olan birzamanın məşhur dirijoru otuz ildən sonra Parisdə konsert vermək şansınıheç vəchlə əldən vermir.
Bazarda alver edən, taksi sürən, təcili yardımda sürücü işləyənkeçmiş orkestr üzvlərini yığır. Nəhayət, istəyinə çatır – sirri yalnızfilmin sonunda açılan məşhur skripkaçı qızla Parisin Şatle teatrındaömrünün ən gözəl konsertini verir. Sonda məlum olur ki, bu, Filipovunrəhbərlik etdiyi orkestrdə birinci skripka çalan, həbs edilən günkörpəsini ona əmanət verən yəhudi Leanın qızıdı. Bir fransız müsiqiçininviolençel futlyarında SSRİ-dən çıxarılan körpə qızcığaz.
Geniş yazmıram, insan faciələri komik səhnələrlə təsvir olunan filmiözünüz də izləyə bilərsiniz. Sadəcə həmin axşam o filmi mənə xatırladan"teatrın rəhbəri”nın üzünə çökmüş kədəri görəndə başa düşdüm ki, musiqiazadlıq duyğusunun səsli izahıdı. Sənətkarını mənən sındırıb çıxdaş edəncəmiyyətlərdə filmdəki varlı, amma istedadsız Pyotr Tretyakin obrazlıinsanlar hər şeyə yiyələnirlər.
…Azadlıqlara qapalı ölkələrin adamlarına fikir vermisinizmi heç,üzlərində gülüşlərin belə örtə bilmədiyi qəm kölgəsini necə,görmüsünüzmü?..
..Azadlıqlara qapalı ölkələrin əsl sənət adamlarını müşahidəetmisinizmi, onlarda gözlərin dərinliyinə çökən yorğun ümidsizliyisezmisinizmi?..
O axşam mənə elə gəldi ki, ruslar bu konserti "Andrey Filipovların”simasında hər dürlü azadlığı boğan sistemlərin sındırdığı sənətkarlaraithaf edirlər.
Zalın işıqları yananda, hamı səhnədəkiləri alqışlayanda mən "teatrınrəhbəri”nə sarı çevrildim. Əlimi uzatdım, yumşaq əlini sıxdım, "Bolşoespasibo” dedim. Elə bil baxışlarının donu açıldı. Üzünə təbəssüm qondu.Onun bu halına elə sevindim ki…
Düşünmüşdüm, axırda gedib dirijor Andrey İvanova "sağ ol” deyərəm,soprano Yekaterina Qorbana çiçək alıb bağışlayaram. Heç birini etmədim.Eləcə, Tatyanaya minnətdarlıq edib teatrdan çıxdım.
Bakının "Tarqovı”sını xatırladan Ronnebygatan küçəsiylə geri dönəndəuşaqlara yazının əvvəlində Niyazidən söz açdığım hadisəni danışdım."Tale üzünə gülməsəydi, o da "Filipov ömrü” yaşayacaqdı” dedim və sabahasaxlamadım, elə həmin gecə evdə "Le Concert” filminə baxdıq.
Qəsdim uşaqlara azadlıq duyğusunu bir daha hiss etdirmək idi…
P.S. Az qala unutmuşdum – Tatyana xeyli bahalı olmasına rəğmən bizdən bilet pulu almadı, qərib İsveçdə bizi doğma sandı güman ki…
Vahid Qazi
Mart, 2017
Trossö, İsveç
Şərhlər