İspaniyanın "Exeter" Universitetinin tədqiqatı nəticəsində LED işıqlarının xərçəng ehtimalını artırdığı ortaya çıxıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Environmental Health Perspective" jurnalında yayımlanan araşdırmada döş və prostat xərçəngindən əziyyət çəkən 2 min nəfər iştirak edib. Nəticədə LED işıqlarının bu növ xərçəng təhlükəsini 1,5-2 dəfə artırdığı ortaya çıxıb. Telefon, planşet, "billboard", televizor, küçələrdəki bəzi işıqlandırmalar LED işıqlarına daxildir.
Tədqiqat üzvlərindən olan Kristen Knutson xüsusilə qırmızı və yaşıl işıqların insanlarda hormon probleminə səbəb olduğunu və döş, prostat kimi xərçəng xəstəliklərinə gətirib çıxara biləcəyini qeyd edib.
Gülşən
Şərhlər