Ölkə 12:14 04.08.2021

Lənkəranda meşəlik ərazdə baş verən yanğın söndürülüdü (YENİLƏNİB)

Lənkəran rayonunun meşə ərazisindəki yanğın artıq söndürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat yayıb.

Onun sözlərinə görə, Yardımlıda isə yanğın lokallaşdırılıb, tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
 
 
11.50

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.