Ölkə 16:44 12.09.2017

Lənkəranskini öldürməkdə şübhəli bilinən şəxs Tiflisdə güllələndi

Gürcüstanın paytaxtı Tiflis şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

“Rustavi 2” televiziyasının məlumatına görə, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. 

Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki - düşünülmüş qətl və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddəsi üzrə cinayət işi başlanıb.

Qaynarinfo.Az